AZ

Politoloq: Ermənistan bu və ya digər şəkildə KTMT-yə qayıdacaq

Ermənistan 2025-ci ildə dünyada artan gərginlik səbəbindən potensial olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıda bilər. Bunu politoloq İqbal Durre “İzvestiya” ilə söhbətində bildirib. 

“Düşünürəm ki, gələn il dünyada gərginlik Yaxın Şərqə, İrana keçəcək. Ermənistana təhlükəsizlik zəmanəti lazım olacaq. O, NATO-ya üzv ola bilməz və Fransa ona təhlükəsizlik zəmanəti verə bilməyəcək. Düşünürəm ki, bu və ya digər şəkildə Ermənistan KTMT-yə qayıdacaq”.

Bu yaxınlarda KTMT-nin Astanada keçirilən sammitində Ermənistan iştirak etməyib. Ölkə 2024-cü ilin fevralında təşkilatda iştirakını dondurub. Yazda isə İrəvan üzvlük haqqını ödəməkdən tamamilə imtina edib.

P.ƏMİRCANOV
XQ

Seçilən
19
xalqqazeti.az

1Mənbələr