AZ

Müharibənin dayandırmaq istəyiriksə... - Zelenski şərti AÇIQLADI

Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, Ukrayna ərazisini NATO-nun çətiri altında öz nəzarətimizə götürməliyik. Biz bunu tezliklə etməliyik. Belə olan təqdirdə Ukrayna diplomatik yollarla işğal etdiyi əraziləri geri qaytara biləcək.

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Sky News” telekanalına müsahibəsində deyib.

Zelenski hesab edir ki, Ukraynanın NATO-ya daxil olması müharibənin qaynar fazasını dayandırmağa kömək edə bilər.

“Siz ölkənin yalnız bir hissəsini dəvət edə bilməzsiniz. Çünki o zaman yalnız bu yerlərin Ukraynanın ərazisi olmasını, qalanının isə Rusiyaya aid edilməsini tanıyırsan. Hüquqi baxımdan bizim işğal olunmuş əraziləri Rusiya ərazisi kimi tanımağa haqqımız yoxdur. Bu məsələdə yanılmaq olmaz”, - deyə Ukrayna Prezidenti bildirib.

Onun sözlərinə görə, NATO-ya dəvətin özündə də Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri göstərilməlidir. Amma heç kim Ukraynanın bu və ya digər şəkildə NATO-nun bir hissəsi olmasını təklif etməyib və Kiyev heç vaxt belə bir təklifi nəzərə almayıb.

Xatırladaq ki, Ukrayna bu ilin iyulunda Vaşinqtonda keçirilən sammitdə NATO-ya rəsmi dəvət alacağına ümid edirdi, lakin bu, baş vermədi.

Seçilən
16
6
modern.az

7Mənbələr