Suriya hakimiyyəti ölkənin ikinci ən böyük şəhəri olan Hələb hava limanını bağlayıb və əhalinin məskunlaşdığı əraziyə gedən bütün yolların bağlanmasını əmr edib. Həmçinin orduya şəhərin əsas bölgələrindən təhlükəsiz yerlərə çəkilmək əmri verilib.
Sitat.info xarici TASS-a istinadən xəbər verir ki, bu qərarlar işğalçıların Hələbə doğru irəliləməsi ilə bağlıdır. Onların artıq şəhər mərkəzinə çata bildikləri qeyd edilir.
Məlumata görə, Rusiyanın Suriya hakimiyyətinə üsyançıları yatırmaq üçün əlavə hərbi yardım göstərəcəyini bildirilib. Onların sözlərinə görə, yeni avadanlıq yaxın 72 saat ərzində gəlməyə başlayacaq.
Agentlik xatırladıb ki, üsyançılar noyabrın 27-si şəhərə hücuma başlayıblar və noyabrın 29-u axşam saatlarında əməliyyat qərargahı Hələbin müxtəlif ərazilərini ələ keçirdiklərini bildirib.
Üsyançılar bildiriblər ki, Hələbin ələ keçirilməsi əməliyyatları son həftələrdə Rusiya və Suriya hava qüvvələrinin İdlib bölgələrində mülki şəxslərə hücumlarının artmasına cavabdır. Türkiyə kəşfiyyat mənbələri Ankaranın hücuma yaşıl işıq yandırdığını bildirib.