Suriyadakı müxalif qüvvələr Hələb şəhərinin böyük hissəsinə nəzarəti ələ keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yazıb.
Nəşr yazır ki, silahlı müxalifət dünən Hələbə hücuma başlayıb və hazırda şəhərin əksər hissəsinə nəzarət edir.
Həmçinin yerli meriya və polisin inzibati binaları, eləcə də şəhərin rəmzi sayılan Hələb qalası onların nəzarəti altındadır.
Müxalifət hökumətyönlü qüvvələrin tərk etdiyi, sursat və hərbi texnikanın məhv edilmədiyi Əbu Zuhur hərbi aviabazasına da nəzarət edir.
Şəhərdə komendant saatı tətbiq edilib, təhlükəsizlik tədbirləri gücləndirilib.
Agentlik onu da bildirir ki, müxalifət qüvvələri dünən yerli həbsxanalardan məhbusları azad ediblər.