Kanadanın böyük xəbər agentlikləri "OpenAI"ı məhkəməyə verib.
Sfera.az xəbər verir ki, onlar süni intellekt ChatGPT chatbotunun istehsalçısı "OpenAl"ın onların məqalələrindən qanunsuz istifadə etdiyini iddia ediblər.
Məlumata görə, Toronto Star, Metroland Media, Postmedia, The Globe and Mail, The Canadian Press və CBC daxil olmaqla xəbər təşkilatlarının əksəriyyəti bu iddiaya qoşulub.
“Jurnalistika ictimai maraqlara uyğundur. OpenAI başqa şirkətlərin jurnalistikasından öz kommersiya məqsədləri üçün istifadə edir. Bu, qanunsuzdur”, - media qurumlarının birgə bəyanatında deyilir.
Şirkət "BBC"yə verdiyi açıqlamada bildirib ki, proqram təminatı ədalətli istifadə və əlaqəli beynəlxalq müəllif hüququ prinsiplərinə əsaslanır.
Kanadanın ən yaxşı qəzetlərinin naşirlərinin daxil olduğu qrup ChatGPT-nin 20.000 Kanada dolları (14.300 ABŞ dolları) cərimə olunmasını tələb edib. Qeyd edək ki, bu məbləğə milyardlarla dollara qədər təzminat əlavə edə bilər.Həmçinin xəbər təşkilatları bundan sonra şirkətin məqalələrindən əldə edilən gəlirləri bölüşməyi, ya da "OpenAI"ın gələcəkdə onlardan istifadəsini qadağan edilməsini tələb edirlər.
Xatırladaq ki, "OpenAl"a qarşı məhkəmə iddiası Kanada naşirləri üçün bir ilk olsa da, keçən il "New York Times" və digər nəşriyyatlar tərəfindən ABŞ-də də bu hal yaşanmışdı.
Firuzə Əliyeva