Ağ Evin hazırkı rəhbəri Co Bayden 2025-ci ilin yanvarında keçiriləcək andiçmə mərasimindən əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla bir daha danışmaq niyyətində olduğunu bildirib.
Publika.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
"Mən bunu gözləyirəm", - deyə Bayden vurğulayıb.
Bildirilir ki, Co Bayden Nantaket adasında gəzərkən kitab mağazasına girib və oradan Fələstin əsilli amerikalı tarixçi Rəşid Xalidinin “Fələstin uğrunda yüz illik müharibə” kitabı ilə çıxıb.