Bakı. Trend:
Biləsuvar rayonunda polis və gömrükçülərin həyata keçirdikləribirgə əməliyyat zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilənarkotik vasitələrin gətirilməsinin qarşısı alınıb.
Trend xəbərverir ki, 37 yaşlı Adil Qarayev çətin relyef şəraiti olan ərazidənölkəyə külli miqdarda narkotik vasitəni özünə məxsus avtomobilivasitəsi ilə keçirməyə cəhd göstərib.
O, hüquq-mühafizə orqanları tərəfindən təqib olunduğunu görənzaman məsuliyyətdən yayınmaq üçün avtomobili içərisindəki narkotikvasitələrlə birgə yandırıb.
Baxış zamanı avtomobildən ümumilikdə 7 kiloqram marixuana,heroin, tiryək və 45 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Polis əməkdaşlarının tərəfindən həyata keçirilənəməliyyat-axtarış tədbirləri nəticəsində Adil Qarayev saxlanılaraqistintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, A.Qarayev barəsində həbsqətimkan tədbiri seçilib.