“La Repubblica” onun bu fikirlərinə yer verib:
“Nə vaxt qaydaları pozduğumuzu anlamaq baxımından yetərincə ağıllıyıq. Trassda vəziyyəti qərəzsiz qiymətləndirən stüardın olması vacibdi, ancaq heç kimə ünvanlanmayan sözlərə görə pilotu cərimələmək absurddu. Biz çox şey istəmirik, sadəcə, sağlam məntiq göstərin. Bundan başqa, şəffaflıq daha yüksək səviyyədə olmalıdı. Bu gün üçün heç bir cavab almamışıq”.
“Formula-1” pilotlarının FIA prezidenti Məhəmməd bin Sulayemə ünvanlanan tənqidi bəyanatını qəzetimizin ötən satında dərc etmişdik.
Onlar mətbuat konfransında səsləndirdikləri senzuradankənar ifadələrə görə cərimələnmələrindən narazıdılar. “Red Bull”un pilotu Maks Ferstappen belə davranışa görə ictimai işlər görməyə məcbur edilib, Lekler isə 5 mini şərti olmaqla 10 min avro cərimələnib.