Ləğv prosesində olan "Allure" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi dəyişib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nizamnamə kapitalı 10 manat olan "Allure" MMC-nin qanuni təmsilçisi Bağırov Eşqi Cəfər oğlundan İsmayılzadə Qulam Azər oğlunun adına keçib.
Şirkətin qanuni təmsilçisi dəyişə də, hüquqi ünvanı dəyişməyib. MMC 09.07.2008 tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla, ev 23, m. 102-dir.
Bu ilin fevral ayında "Allure" MMC-nin ləğv edilməsi ilə bağlı məlumat dərc edilmişdi. Amma şirkət Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun adından Mirzəyev və Partnyorları Vəkil Bürosunun vəkili Qulam İsmayılzadənin adına köçürülüb.
Məsələ ilə bağlı vəkil Qulam İsmayılzadə ilə əlaqə saxladıq. O, sözügedən şirkətin ona satılması və yaxud hansı məqsədlərə görə adına keçirilməsinə dair sualımıza belə cavab verdi: "Bu məsələ kommersiya sirridir. Bununla bağlı heç bir söz danışmaq istəmirəm".
Aydın