AZ

"Cənubi Qafqazda sabitlik əsas məqsədimizdir" - Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaxın Şərq və Asiya-Sakit okean regionunda silahlanmanın artdığını deyib və bunun dünyanı “uçurumun kənarına, nüvə müharibəsi astanasına” qoya biləcəyi barədə xəbərdarlıq edib.

"Unikal" xəbər verir ki, onun sözlərini "Anadolu" agentliyi sitat gətirib. 

"Qlobal sistem eyni anda iki şərti müharibə ilə üzləşir və bunların hamısının qlobal nəticələri var. Yaxın Şərqdə, Cənubi Qafqazda və Aralıq dənizinin şərqində, eləcə də Qara dənizdə sabitlik bizim əsas məqsədimizdir”, - deyə o, İstanbulda keçirilən TRT World Forum 2024 tədbirində bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, “beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün yaradılan BMT öz missiyasını yerinə yetirə bilməyib”. 

Seçilən
15
5
unikal.az

6Mənbələr