AZ

Luis Enrike PSJ futbolçularının səhvləri haqda sualı cavabladı

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının futbolçularının oyunlarda yol verdiyi səhvlər barədə sualı cavablayıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis PSJ futbolçularının xüsusilə Çempionlar Liqasındakı müvafiq səhvləri ilə bağlı, ictimaiyyət qarşısında etirafla danışmağa hazır olub-olmaması ilə bağlı suala belə bir cavab verib:

“Mən bunu edə bilərdim, amma onda oyunçularla müqaviləni pozmuş olardım. Çirkli şeylər paltardəyişmə otağında yuyulur. Mən kifayət qədər görməzdən gəlirəm və PSJ-də uğrunda çalışdığım məqsəd çox aydındır. Müzakirə üçün yer yoxdur. Futbolçular mənim səhvlərə qarşılığımı görmək üçün gözləməli olacaqlar”, deyə Luis Enrike bildirib.

Fransa Liqa 1-in 12 turundan sonra 32 xal toplamış PSJ yarış cədvəlinin zirvəsində qərarlaşıb. Paris klubu ən yaxın izləyicisi “Monako”nu (26 xal) 6 xal qabaqlayır.

Buna rəğmən, Fransa nəhənginin Çempionlar Liqasında vəziyyəti ürəkaçan deyil. Mötəbər yarışın Liqa mərhələsinin ilk 5 turundan sonra 4 xal toplamış PSJ yarış cədvəlinin 25-ci pilləsində qərarlaşıb ki, bu mənzərə Paris klubunun yarışın növbəti, ələmə mərhələsindən kənarda qalmasını şərtləndirir. PSJ ələmə mərhələsinə birbaşa çıxacaq ilk səkkizliyə düşmək imkanını artıq itirib. Ələmə mərhələsinin başa-baş oyunlarına vəsiqə üçün isə PSJ-ni qarşıdakı 3 oyunda ciddi sınaq gözləyir.

Seçilən
12
arena.az

1Mənbələr