İtaliyanın "İnter" klubunun prezidenti Cüzeppe Marotta FİFA-nı tənqid edib.
Fanat.Az xəbər verir ki, "neradzurri"nin rəhbəri hücumçuları Lautaro Martinesin adının 2024-cü ilin ən yaxşı oyunçusu namizədləri sırasına daxil edilməməsini qınayıb.
Nüfuzlu AS nəşri Marottanın dediklərini belə təqdim edib:
“Lautaro Martinezin əla mövsümdən sonra FİFA tərəfindən ilin ən yaxşı oyunçusu nominasiyalarına daxil edilməməsi təəccüblü və məyusedicidir. Onun möhtəşəm çıxışı "İnter"in tarixi mərhələyə yüksəlməsinə və Argentinanın "Copa America"-nın qalibi olmasına töhfə verdi. Futbolçumuz orada bombardir oldu. Lautaro daha çox hörmətə və tanınmağa layiqdir.
Göründüyü kimi, təkcə rəqəmlər və uğurlar yox, həm də futbolçunun həlledici görüşlərə təsiri nəzərə alınmır. Bu mənfi siqnaldır. Bu qədər yaxşı çıxış edən futbolçular mükafatlandırılmalıdır. Biz yalnız ümid edə bilərik ki, gələcəkdə Lautaro kimi meydanda parlayanlar üçün ədalətli tanınma olacaq”.
Xatırladaq ki, Martines 2018-ci ildən "İnter"in uğurları üçün çalışır. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Mirağa