AZ

“Legiya” UEFA-ya şikayət ünvanladı

Polşanın “Legiya” klubu Avropa Konfrans Liqasının 4-cü turunda Kipr “Omoniya”sı ilə səfər oyunundan sonra UEFA-ya şikayət ünvanlayıb.

Arena.az bu barədə Varşava təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

Xatırladaq ki, Kipr Respublikasının paytaxtı Nikosiyanın “NEO QSP” stadionunda keçirilmiş oyun Polşa klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Legiya”nın şikayəti oyun zamanı “Omoniya” azarkeşlərinin açdığı lövhədə əks edilmiş məzmundandır. Lövhə üzərində “17.01.1945 Qırmızı Ordu Varşavanı azad edib” yazısı olub.

“Omoniya azarkeşlərinin dünənki oyunda Nikosiyadakı qalmaqallı davranışı həqiqəti təhrif etmək məqsədi daşıyırdı. Klub və Varşava və Polşanın azadlığı uğrunda mübarizədə canlarını fəda etmişlərin adından oyundan dərhal sonra biz UEFA ilə əlaqə saxladıq və sərt cavab tələb etdik”, – klubun rəsmi bəyanatında deyilir.

Buna rəğmən, “Legiya”nın, Qırmızı Ordunun bu əməliyyatdakı xidmətini danmağa çalışan mövqeyi birmənalı qarşılanmayıb. Bir çox mətbuat orqanlarında Polşa klubunu o dövrün hadisələrinə müasir günün baxş bucağından “siyasi gözlə baxmağa çalışması” tənqid edilib. Klub rəhbərliyinə xatırladılıb ki:

Varşavanın azad edilməsi hərbi əməliyyatı – 1945-ci il yanvar ayının 14-dən 17-dək Varşava-Poznan hücum əməliyyatı çərçivəsində Polşanın paytaxtı Varşava şəhərini alman işğalından azad etmək üçün Qırmızı Ordu və Polşa Ordusunun əməliyyatıdır. 17 Yanvar 1945-ci ildə Varşava Qırmızı Ordu və 1-ci Polşa Ordusu tərəfindən Hitler Almaniyasının işğalından azad edilib. Burada Qırmızı Ordunun ümumi düşmənə qarşı köməyinin danılmaz olduğu vurğulanıb.

Bununla belə, UEFA-nın məsələyə dair mövqeyi hələ açıqlanmayıb.

Seçilən
12
arena.az

1Mənbələr