AZ

Suriyada müxaliflər Hələbin böyük hissəsini ələ keçirdi

Suriya rejimi ilə toqquşan rejim əleyhdarı silahlı qruplar İdlib vilayətinin şərq və cənub-şərqində onlarla kəndi ələ keçirərək irəliləyişlərini davam etdirib.

Turkustan.az xəbər verir ki, silahlı qruplar səhər saatlarından etibarən İdlibin şərq və cənub-şərqində Əsəd rejiminin nəzarətində olan 50-dən çox kəndi ələ keçirib.

Rejim əleyhdarı silahlı qruplar İdlibin strateji əhəmiyyətli Saraqib bölgəsini nəzarətə götürüb.

Suriya rejim qüvvələri Hələb Beynəlxalq Hava Limanı da daxil olmaqla bəzi strateji yerləri terror təşkilatı PKK/YPG-nin ixtiyarına verərək geri çəkilib. Əsəd rejiminin Suriyada mülki vətəndaşları hədəf alan hücumları gərginliyi artırıb.

Bildirək ki, Suriyalı müxalif qruplar noyabrın 27-də rejim əsgərlərinə qarşı əməliyyata başlayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
17
26
turkustan.az

10Mənbələr