AZ

Paltarlarınızı bu üsulla yusanız, ütüləməyə ehtiyac qalmayacaq

Paltarlarımızı yuduqdan sonra səliqəli qalması üçün ütüləyib kənara qoyuruq.

Turkustan.az xəbər verir ki,əlavə ev işləri yaradan bu üsulu asanlaşdırmaq və vaxta qənaət etmək üçün bəzi təbii üsullardan istifadə edə bilərsiniz. Bu üsul sayəsində ütüləmə əngəlləri tamamilə yox olur.

Paltarları yuduqdan sonra ütüləmək paltarlarımızı daha təmiz və səliqəli göstərsə də, hər yumadan sonra paltarları ütüləmək mümkün deyil. Xüsusilə bəzi parçalar yuyulduqdan sonra digərlərinə nisbətən daha çox qırışır. Əgər siz daima ütüləməkdən yorulmusunuzsa, o zaman dərzi və quru təmizləyicilərin gizli saxladığı bu üsuldan kömək ala bilərsiniz.

Təbii üsullarla paltarlarınızı paltaryuyan maşında yuyarkən paltarların qırışması problemini aradan qaldıra bilərsiniz .

Beləliklə paltarları qırışmadan yumağın hiyləsi:

Ağ sirkə: Ağ sirkə paltarların quruluşunda olan ləkələrin dərindən təmizlənməsini təmin etməklə yanaşı, həm də quruluşunu qoruyub yumşaq saxlayır. Ağ sirkə paltar parçasındakı lifləri rahatlaşdırır və qırışların yaranmasının qarşısını alır. Paltarlarınızı yuyarkən maşının yumşaldıcı bölməsinə 1 stəkan ağ sirkə əlavə etdikdə maşından çıxan paltarların qırışmadığını görə bilərsiniz.

Buz kubları:Əgər evdə paltar quruducunuz varsa, o zaman qırışmadan asanlıqla qurutmaq üçün maşına 2 buz kubu qoya bilərsiniz. Buz kubları buxarlanır, paltarları nəmləndirir və liflərini boşaldır. Beləcə paltarlar avtomatik olaraq qırışsız quruyur.

Paltarınızı təmizləyərkən diqqət etməli olduğunuz bəzi şeylər var. Ağ sirkə və buz kub üsulları ən faydalı olsa da, hər parçada istifadə oluna bilməz. Zərif parçalarda istifadə etməzdən əvvəl etiketlərdəki yuyulma təlimatlarını diqqətlə oxumalısınız.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
10
turkustan.az

1Mənbələr