AZ

Kaladze: Etirazçılar “Molotov kokteyllər”i atılar

“Biz ötən gün və sırağagün zorakı mitinqlərə şahidlik etdik, bu qətiyyən yolverilməzdir”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, istənilən şəxs etiraz edə bilər, lakin bu, qanun çərçivəsində olmalıdır.

“Baş verənlərin haradan idarə olunduğu aydındır. Bu proseslər xarici qüvvələr tərəfindən idarə edilir, daxili radikal qruplaşmalar tərəfindən isə həyata keçirilir. Gürcüstanda söz və ifadə azadlığı tam təmin edilib. Etirazlar qanun çərçivəsində ifadə olunmalıdır. Polisləri təhqir etmək, onların üzərinə daş və şüşə qablar atmaq qətiyyən yolverilməzdir. Bununla kifayətlənməyərək “Molotov kokteyllər”i və fişənglər atıblar. Bu gün dövlət institutları ilə çox güclüdür və heç kəsə Gürcüstanda “maydan” təşkil etməyə imkan verilməyəcək”.

K.Kaladze təəssüflə qeyd edib ki, aksiyalarda müəyyən insidentlər baş verib və onlar müvafiq araşdırma tələb edir.


Müəllif: Cəmilə Babayeva
Seçilən
16
teleqraf.com

1Mənbələr