AZ

Gürcüstanın Baş naziri polisi səbrli olmağa çağırıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze polis əməkdaşlarını etiraz aksiyalarında güc tətbiqindən çəkinməyə çağırıb.

Bununla bağlı danışan Baş nazir polisi maksimum səbrli olmağı tövsiyə edib:

“Dünən bir neçə kədərli hadisə baş verdi. Bu cür hallar gələcəkdə təkrarlanmamalıdır. Vaxtanq Qomelauri və Daxili İşlər Nazirliyi dünən ABŞ və Avropa standartlarına uyğun hərəkət edərək, konstitusiyaya qarşı ağır hücumu dəf etdilər”, - İrakli Kobaxidze bildirib.

Xatırladaq ki, dünən Tbilisidə keçirilən etiraz aksiyasında 107 nəfər saxlanılıb, 10 hüquq mühafizə nümayəndəsi yaralanıb.

"Cebheinfo.az"

Seçilən
10
3
cebheinfo.az

4Mənbələr