AZ

Milyarder bir sutkada fantastik məbləğdə pul itirdi

Dünyanın ən zəngin adamlarından biri, rüşvətxorluqda ittiham olunan Qautam Adani bir sutkada 55 milyard dollar pul itirib. 

"Cebheinfo.az" xəbər verir ki, Hindistanda yerləşən Adani Group ABŞ-nin fırıldaqçılıq iddialarından sonra birjada böyük itkilərə məruz qalıb.

Çərşənbə günü açıqlama verən şirkət, iddialardan sonra 11 şirkətin 55 milyard dollar zərər çəkdiyini açıqlayıb. 

Holdinqin sahibi Qautam Adaninin 250 milyon dollarlıq rüşvət şəbəkəsində iştirak etdiyi iddia edilib.

ABŞ prokurorlarının dərc etdiyi iddianamədə Adani Group və tərəfdaşlarının beynəlxalq investorları qəsdən çaşdırdığı bildirilir.

Fırıldaqçılıq və rüşvət iddialarından sonra şirkət son həftələrdə birjada 55 milyard dollar itirib. Adani və onun şirkət ortaqları onlara qarşı bu ittihamları rədd ediblər.

Seçilən
13
cebheinfo.az

1Mənbələr