AZ

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

Ukrayna Energetika Nazirliyi beş ölkədən elektrik enerjisi idxalını gözlədiyini açıqlayıb.  

Valyuta.Az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi "Telegram" kanalında məlumat yayıb..  

"Bugünkü proqnozlara əsasən, Polşa, Slovakiya, Rumıniya, Macarıstan və Moldovadan elektrik enerjisi idxalı gözlənilir", - deyə məlumatda bildirilib.  

Nazirliyin verdiyi məlumata görə, ümumi tədarük həcmi 11 747 meqavat-saat, gücü isə 1165 meqavat təşkil edəcək.  

Bundan əlavə, Ukraynanın enerji operatoru "DTEK" holdinqinin Avropa Komissiyası və ABŞ hökumətindən döyüşlər nəticəsində zərər çəkmiş infrastrukturun bərpası üçün ümumilikdə 112 milyon dollar maliyyə dəstəyi aldığı məlum olub. Bu məbləğin əsas hissəsinin – 62,8 milyon avronun – Avropadan daxil olacağı qeyd edilib. Ukraynanın 1,8 giqavat gücün istifadəyə verilməsi üzrə təxirəsalınmaz ehtiyaca malik olduğu da vurğulanıb.  

Rəhim

Seçilən
28
valyuta.az

1Mənbələr