Suriya ordusu ölkənin şimal-qərb bölgəsindəki silahlı qrupların gözlənilməz hücumu nəticəsində Hələb vilayətinin bir hissəsini itirdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələrinin hərbi komandanlığı məlumat yayıb.
Məlumatda deyilir ki, ordu komandanlığı çoxsaylı qüvvələrin hücumu və cəbhə xəttinin müxtəlif istiqamətlərindəki təzyiqlər səbəbindən Hələbdə qoşunların mövqelərini dəyişməyə məcbur olub. Bu addımda əsas məqsədin “müdafiəni gücləndirmək və əks-hücuma hazırlıq” olduğu qeyd edilib.
Suriya ordusu onlarla hərbçisinin bu hücumlarda həlak olduğunu da açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl müxalif Suriya Milli Ordusunun Hələb şəhərini nəzarətə götürməsi barədə məlumat yayılmışdı.