Qonşu Gürcüstanda yaşanan olaylar kollektiv Qərbin əsl məqsədinidaha da aşkara çıxarır: ölkənin suverenliyini sarsıtmaq və onu özgeosiyasi hədəflərinə çatmaq üçün bir vasitəyə çevirmək.Demokratiya və insan hüquqları şüarları altında həyata keçiriləndərin düşünülmüş ssenarilər təkcə Gürcüstan üçün deyil, bütövlükdəCənubi Qafqaz üçün təhlükə yaradır. Bu strategiyanın əsasaspektlərini nəzərdən keçirək.
QHT-lər: Manipulyasiya alətləri, dağıdıcı fəaliyyətünsürləri
Gürcüstandakı qeyri-hökumət təşkilatları (QHT) çox vaxt Qərbdonorlarından əhəmiyyətli maliyyə dəstəyi alır ki, bu da onlarınölkənin daxili işlərinə təsirinə dair narahatlıqlar yaradır. Avropaİttifaqının nümayəndəliyinin məlumatına görə, 2019-2024-cü illərərzində 170 Gürcü QHT-si 46,1 milyon avro maliyyə alıb ki, bu daGürcüstanın dövlət qurumlarına verilən yardımı 11 dəfəüstələyir.
Hakim "Gürcü Arzusu" partiyası bəyan edib ki, həmin vəsaitlərinəhəmiyyətli bir hissəsi müxalifət partiyaları ilə əlaqəlitəşkilatların dəstəklənməsinə yönəldilir və bu, beləmaliyyələşmənin şəffaflığı və məqsədləri barədə çox ciddi suallaryaradır.
2023-cü ilin mart ayında Gürcüstanda "xarici agentlər" haqqındaqanun layihəsinə qarşı geniş etiraz aksiyaları keçirildi. Halbukilayihə sadəcə, xaricdən maliyyələşməsinin 20%-dən çoxunu alantəşkilatların xüsusi reyestrə qeydiyyatdan keçməsini nəzərdətuturdu. Qanunun əleyhdarları bunun söz və birləşmə azadlığınıməhdudlaşdıracağını iddia etsə də, tərəfdarları xarici təsirinşəffaflığını təmin etmək üçün belə tədbirin zəruri olduğunubildirirdilər.
Tənqidlər və etirazlar fonunda Gürcüstan hökuməti 2024-cü ilinsentyabrında dövlət büdcəsindən maliyyələşdirilən "vətənpərvərQHT-ləri" dəstəkləmək üçün qrant fondu yaradıldığını elan etdi.Fondun məqsədi Gürcü xalqının maraqlarına xidmət edən təşkilatlarıdəstəkləmək və xarici maliyyə asılılığını azaltmaq idi. Amma hələdə Qərb QHT-lərinin Gürcüstandakı təsiri əhəmiyyətli olaraq qalır.Onlar etiraz hərəkatlarında fəal iştirak edir və bəzi ekspertlərinfikrincə, ölkənin milli maraqlarına zidd ola biləcək gündəmi irəlisürürlər.
Heç şübhəsiz ki, xaricdən maliyyələşən QHT-lərin fəaliyyətionların gürcü cəmiyyətindəki rolu və ölkənin daxili siyasətinədağıdıcı təsiri barədə ciddi suallara cavab verilməlidir.
Onların maliyyələşməsinin şəffaflığını təmin etmək və millimaraqların mümkün pozulmasının qarşısını almaq üçün əlavə addımlaratılmalıdır.
Milli dəyərlərə hücum: məqsəd cəmiyyəti içdənparçalamaqdır
Son illərdə Gürcüstanda Qərbin liberal dəyərlərinin fəal təşviqimüşahidə olunur ki, bu da ölkənin milli kimliyinin və ənənəvidəyərlərinin qorunması ilə bağlı narahatlıq doğurur. Xüsusilə bu,LGBT hərəkatı və ultraliberal gündəmlə bağlı məsələlərdə daha çoxnəzərə çarpır.
Qərb QHT-ləri və fondları Gürcüstanda liberal dəyərlərintəşviqinə yönəlmiş layihələri fəal şəkildə maliyyələşdirir. BunaLGBT hüquqları ilə bağlı tədbirlərin dəstəklənməsi və ultraliberalideyaları təşviq edən təhsil proqramları daxildir. Həminfəaliyyətlər çox vaxt gürcü cəmiyyətinin ənənəvi əsaslarınıdəyişdirmək cəhdi kimi qəbul edilir.
Bu tendensiyalara cavab olaraq, Gürcüstanda konservativəhval-ruhiyyə güclənir. 2023-cü ildə radikal qruplar Tbilisidə LGBTfestivalını pozdu ki, bu da bu mövzuda cəmiyyətdə gərginliyinolduğunu göstərir. 2024-cü ildə isə Gürcüstan parlamenti LGBThüquqlarını məhdudlaşdıran qanun layihəsini birinci oxunuşda qəbuletdi, bu isə beynəlxalq təşkilatların tənqidinə səbəb oldu.
Gürcüstanlı gənclər Qərbin psevdoliberal dəyərlərinin təşviqindəəsas hədəf auditoriyadır. Təhsil proqramları və mədəni tədbirlərvasitəsilə gənclərə ənənəvi Gürcü dəyərlərinə zidd ola biləcəkideyalar aşılanır. Bu isə nəsillər arasında mədəni uçurum yaratmağavə milli kimliyin zəifləməsinə xidmət edən ppozuculuqdur.
Qərbin psevdoliberal dəyərlərinin Gürcüstanda təşviqi cəmiyyətinmühafizəkar təbəqələrinin müqaviməti ilə qarşılaşır ki, bu dasosial münaqişələrə və qütbləşməyə səbəb olur. Milli kimliyi vəsabitliyi qorumaq üçün ənənəvi dəyərlərə hörmətlə qlobalinteqrasiya arasında tarazlıq tapmaq vacibdir.
Ukrayna ssenarisinin təkrarı: Gürcüstan cidditəhlükədədir
Qərbin 2014-cü ildə Ukraynada tətbiq etdiyi ssenari getdikcəGürcüstanda baş verən hadisələri xatırladır. Küçə toqquşmaları,polisə hücumlar, zorakılığın artması - bunlar siyasi xaosa aparantanış addımlardır.
Xüsusi narahatlıq doğuran məqam Balkanlardan, Şərqi Avropa vəBaltikyanı ölkələrdən Gürcüstana təxribatçıların gətirilməsi iləbağlı məlumatlardır. Onların arasında nümayişçilərə atəş açaraqhökuməti günahlandırmaq üçün təxribatlar hazırlamağa hazır silahlıqrupların olması da istisna edilmir. Bu, hakimiyyəti nüfuzdansalmaq və zorakı qarşıdurmaları qızışdırmaq məqsədini güdən hibridmüharibənin klassik elementidir.
Qərb diplomatları: neytrallıq əvəzinə aşkarmüdaxilə
Gürcüstanda Qərb diplomatlarının ölkənin daxili işlərinəmüdaxiləsi daha da artıb. Bu hal həm diplomatik etiketin, həm dədövlət suverenliyinin qorunmasına dair narahatlıqlar yaradır.Xüsusilə, Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri PavelHerçinskinin fəaliyyəti bəzi gürcü siyasətçiləri tərəfindəndiplomatik səlahiyyətlərin aşılması kimi qiymətləndirilir.
Gürcüstanın baş naziri İrakli Kobaxidze dünən bəyan edib ki,səfir Pavel Herçinski Gürcüstanın daxili işlərinə müdaxilənidayandırmasa və ritorikasını dəyişməsə, hökumət diplomatiktədbirlər görəcək. Kobaxidze qeyd etdi ki, belə davranışdiplomatiya prinsiplərinə ziddir və qəbuledilməzdir.
Ölkə parlamentinin deputatı İrakli Zarkua da Aİ səfirininbəyanatlarından narazılığını ifadə edərək, onu seçkilərə müdaxilənidayandırmağa çağırdı və səfirin mandatının GürcüstanınAvrointeqrasiyasına dəstək verməkdən ibarət olduğunuxatırladıb.
Qərb diplomatlarının Gürcüstandakı fəaliyyəti ikilistandartlardan ibarətdir. Bir tərəfdən, Qərb Rusiya və Çin kimiölkələri digər dövlətlərin daxili işlərinə müdaxilə etməkdə tənqidedir, digər tərəfdən isə özü Gürcüstandakı siyasi proseslərə aktivşəkildə, özü də siyasi etikadan və qaydalardan kənar təsirgöstərir. Məsələn, oktyabrda Avropa Parlamenti "Gürcüstandademokratiyanın geriləməsi və siyasi plüralizmə təhdidlər" adlıqətnamə qəbul etdi. Bu sənəddə ölkədəki demokratiyanınvəziyyətindən narahatlıq ifadə olunurdu və bəzi şəxslərə qarşısanksiyaların tətbiqi çağırışı edilirdi. Gürcüstan hökuməti bunudaxili işlərə müdaxilə və yaxınlaşan seçkilərə təsir cəhdi kimiqiymətləndirdi.
Qərb Gürcüstandakı daxili siyasi vəziyyəti gərginləşdirmək üçünikili standartlardan istifadə edir ki, bu da ölkənin daxiliişlərinə həyasız müdaxilədən başqa heç nə deyil.
Qərb Gürcüstana qarşı hibrid müharibə aparır. Məzkur müharibədiplomatiya, iqtisadi təsir rıçaqları və informasiya kampaniyalarıdaxil olmaqla müxtəlif təzyiq alətlərindən ibarətdir. Beləssenarini gerçəkləşdirən Qərb öz siyasi və iqtisadi maraqlarınıtəşviq etməyə can atır, eyni zamanda Gürcüstanın suverenliyini,onun daxili və xarici siyasətini müstəqil müəyyənləşdirməkqabiliyyətini zəiflədir.
Qərb diplomatlarının, xüsusilə Aİ nümayəndələrinin Gürcüstandakıaktivliyi suveren dövlətin daxili işlərinə müdaxilə etməməkprinsipinin pozulması və diplomatik etiketin qorunmasına dair ciddisuallar yaradır. İkili standartlarda ittihamlar və hibrid müharibəsiyasəti Gürcüstan ilə Qərb tərəfdaşları arasında etimadızəiflədir, münasibətlərdə gərginlik yaradır və ölkənin demokratikinkişafını təhlükə altına qoyur.
Salome Zurabişvili hansı maraqlara xidmətedir?
Gürcüstan prezidenti Salome Zurabişvili Qərb ölkələri, xüsusiləFransa ilə sıx əlaqələrdədir. 1952-ci il martın 18-də Parisdə gürcümühacirlər ailəsində doğulan Zurabişvili Qərbin nüfuzlu təhsilmüəssisələrində oxuyub və Fransanın diplomatik xidmətində uğurlukaryera qurub.
Zurabişvili 1972-ci ildə Paris Siyasi Elmlər İnstitutunu,1973-cü ildə isə Kolumbiya Universitetini bitirib. 1974-2003-cüillər arasında Fransanın Xarici İşlər Nazirliyində çalışıb və bumüddət ərzində müxtəlif vəzifələr tutub. O, Fransanın İtaliyadakısəfirliyində üçüncü katib, BMT-dəki daimi nümayəndəliyində ikincikatib və ABŞ-dəki səfirliyində birinci katib kimi çalışıb. 2003-cüildə Zurabişvili Fransanın Gürcüstandakı səfiri təyin olunub.
2004-cü ildə Gürcüstanın o vaxtkı prezidenti Mixeil Saakaşviliona xarici işlər naziri vəzifəsini təklif edib, bundan sonra o,Gürcüstan vətəndaşlığını qəbul edib. Amma 2005-ci ildə Zurabişvilibu vəzifədən azad olunub və müxalifətə keçib. 2018-ci ildə isəGürcüstan tarixində ilk qadın prezident olaraq seçilib.
S.Zurabişvilinin yürütdüyü siyasət, onun açıqlamalarıGürcüstanın müstəqilliyinə zərbə vurur və Qərbin maraqlarını irəlisürür. 2023-cü ildə hakim “Gürcü Arzusu” partiyası onunrazılaşdırılmamış xarici səfərləri səbəbilə konstitusiyanıpozduğunu əsas gətirərək impiçment proseduruna başlasa da, buproses başa çatmadı və Zurabişvili prezident vəzifəsində qaldı.
Onun Qərbyönümlü mövqeyi və Gürcüstan hökuməti ilə toqquşmalarımübahisələrə və Qərb maraqlarını milli maraqlara qarşı üstüntutmaqda ittihamlara səbəb olur. Lakin tərəfdarları hesab edir ki,o, ölkənin demokratik inkişafı və Avropa strukturlarınainteqrasiyası naminə fəaliyyət göstərir.
Cənubi Qafqaz və Azərbaycan üçün təhlükə
Gürcüstanda xaos yaratmaq planı təkcə bu ölkənin daxili böhranıilə məhdudlaşmır. Proses bütövlükdə Cənubi Qafqaz və xüsusiləAzərbaycanın da daxil olduğu bütün region üçün ciddi təhlükəyaradır. Cənubi Qafqaz Avropanın enerji və nəqliyyattəhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığı birşəraitdə, regiondakı sabitlik qlobal geosiyasi sistemin vacibelementi olaraq qalır.
Azərbaycan Cənubi Qafqazın lider dövləti və Qərb ölkələrininenerji sahəsində strateji tərəfdaşı kimi Gürcüstandakı sabitliyinpozulmasının nəticələrini gözardı edə bilməz. Bu cür sabitsizlikBakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, dəmir yolu və avtomobilmagistralları kimi vacib regional layihələrin işinə təhlükə yaradabilər. Bu layihələrdə baş verəcək hər hansı bir pozuntu iqtisadi vəsiyasi itkilərə səbəb olacaq, həm Azərbaycanın, həm də tərəfdaşölkələrin maraqlarını ciddi şəkildə zədələyəcək.
Xarici qüvvələrin, xüsusən də Qərbin Gürcüstanın daxili işlərinəmüdaxiləsi əlavə təhlükələr yaradır. Gürcüstanda vəziyyətigərginləşdirmək cəhdləri qaçılmaz olaraq Azərbaycanın daxilisabitliyinə və beynəlxalq tərəfdaşlarla münasibətlərinə təsirgöstərə bilər. Qlobal güclər arasında Cənubi Qafqazda təsir uğrundamübarizənin davam etdiyi bir vaxtda, Azərbaycanın sabitliyinqorunmasını strateji prioritet kimi qəbul etməsi zəruridir.
Qərb ölkələri öz müdaxilələrini çox vaxt demokratik dəyərlərinmüdafiəsi və insan hüquqlarının təşviqi ilə əsaslandırır. Fəqət buyüksək idealların arxasında, əslində, strateji bölgələrdə təsirdairəsini genişləndirmək məqsədi dayanır. Gürcüstan regional enerjivə nəqliyyat layihələrinin tranzit mərkəzi olaraq, Qərbin xüsusidiqqətini çəkir. Gürcüstan hökumətinə təzyiqlər, etirazhərəkatlarına dəstək və siyasi gündəmin formalaşdırılmasınamüdaxilələr ölkədə gərginlik və qütbləşmə mühiti yaradır. Bu isəGürcüstanı regional əməkdaşlıq çərçivəsində etibarlı tərəfdaşstatusundan məhrum edir və onun daxili sabitliyini sarsıdır.
Demokratik dəyərlərin müdafiəsi şüarları altında Qərb qüvvələri,əslində, regionda gərginliyi artıran şərait yaradır. Gürcüstanınstrateji layihələrin həyata keçirilməsində əsas əlaqələndiricihəlqə olması fonunda, daxili sabitliyin pozulması ciddi risklərdoğurur.
Xarici qüvvələrin dəstəyi ilə müxtəlif siyasi və etirazhərəkatlarının təşviqi Gürcüstan cəmiyyətində parçalanmaya səbəbolur. Bu cür qütbləşmə ölkənin siyasi və sosial strukturlarınızəiflədir, onu xarici manipulyasiyalara daha həssas edir vəAzərbaycan, Ermənistan kimi qonşu ölkələrlə konstruktiv əməkdaşlıqqabiliyyətini azaldır.
Regiondakı sabitsizlik geosiyasi manipulyasiyalar üçün münbitzəmin yaradır. Xarici qüvvələr yaranan böhran vəziyyətlərindən özmaraqları üçün istifadə edərək, təsirlərini artırmağa və CənubiQafqaz ölkələrinin müstəqilliyini təhlükə altına almağa çalışır. Buisə yeni münaqişələrin yaranması və uzunmüddətli böhranlarınmeydana çıxması riskini artırır. Gürcüstandakı sabitsizlik ümumiregional təhlükəsizliyə mənfi təsir göstərir, regionu Avropa iləbirləşdirən strateji iqtisadi və enerji layihələrini təhlükə altınaqoyur.
Cənubi Qafqazda sabitliyin qorunması üçün region ölkələrinindaha sıx əməkdaşlığı və fəaliyyətlərinin koordinasiyası zəruridir.Azərbaycanın regionda artan beynəlxalq nüfuzu, Gürcüstancəmiyyətində sülhün bərqərar olması və xarici müdaxilələrinazaldılması istiqamətində mühüm rol oynaya bilər. Bu, həm ümumimaraqların qorunmasına, həm də regionun dünya arenasında mövqeyiningüclənməsinə imkan yaradacaq.
Qərbin Gürcüstandakı işlərə müdaxiləsi təkcə bu ölkənin daxilisabitliyini deyil, bütün Cənubi Qafqazın təhlükəsizliyini təhdidedir. Uzunmüddətli fəsadların qarşısını almaq üçün region ölkələrivahid mövqedən çıxış etməli, maraqlar balansını qorumalı vəsuverenliyi müdafiə etməlidirlər. Cənubi Qafqaz sabitlik vəəməkdaşlıq zonası olaraq qalmalı, xarici manipulyasiyalardan vəmünaqişələrdən azad olmalıdır.
Azərbaycan üçün Gürcüstanda baş verənlər yalnız qonşuluqəlaqələri baxımından deyil, həm də regional maraqların təminolunması üçün birinci dərəcəli əhəmiyyət daşıyır. Gürcüstanstrateji tərəfdaş olaraq Azərbaycanla birlikdə Cənub Qaz Dəhlizi,Bakı-Tbilisi-Ceyhan kimi mühüm enerji və nəqliyyat layihələrininhəyata keçirilməsində əsas rol oynayır. Gürcüstandakı hər hansı birdestabilizasiya yalnız bu ölkənin daxili problemləri iləməhdudlaşmır, həm də Azərbaycanın iqtisadi, siyasi və stratejimaraqlarına ciddi təhlükə yaradır.
Azərbaycan öz diplomatik təsirini Gürcüstandakı sabitliyinqorunmasına yönəltməlidir. Bu, ikitərəfli münasibətlərinmöhkəmləndirilməsi, Gürcüstan daxilində fikir ayrılıqlarının sülhyolu ilə həllinə dəstək və regional həmrəyliyin təşviqi kimiaddımları əhatə edir. Gürcüstanın sabitliyi regionun beynəlxalqinvestorlar üçün cəlbediciliyini artırır və Cənubi Qafqazınstrateji əhəmiyyətini daha da gücləndirir.
Azərbaycan üçün prioritetlərdən biri də Gürcüstandakı xaricimüdaxilənin mənfi nəticələrinə beynəlxalq diqqəti yönəltməkdir.Bakı regional həmrəylik və birgə fəaliyyət nümunəsi göstərərək,xarici təsirlərə qarşı mübarizədə bir maneə yarada bilər. Bu,yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın sabitliyiniqorumaq üçün zəruridir.
Gürcüstanda sabitliyin pozulması və Qərbin bu proseslərdəiştirakı regionun ümumi təhlükəsizliyini təhlükə altına qoyur.Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi, bu destabilizasiyassenarisinin qarşısını almaqda fəal rol oynamalıdır. Regionaləməkdaşlığı gücləndirmək, ümumi maraqları qorumaq və suverenliyimüdafiə etmək uzunmüddətli sabitlik və inkişaf üçün yeganəyoldur.
Azərbaycan və Gürcüstan yalnız qonşu deyil, həm də bir çox ortaqmaraqlarla bağlı strateji tərəfdaşdır. Hər iki ölkə enerji vənəqliyyat layihələrinin həyata keçirilməsində bir-birinə güvənir.Buna görə Gürcüstanda sabitliyin qorunması Azərbaycanın millimaraqlarına tam uyğun gəlir.
Azərbaycan regional təhlükəsizlik və əməkdaşlığıngücləndirilməsinə yönəlmiş təşəbbüslərdə fəal iştirakını davametdirməlidir. Xarici müdaxilələrdən doğan təhdidlərə beynəlxalqdiqqət cəlb etmək də vacibdir. Cənubi Qafqaz xaricimanipulyasiyalardan uzaq, sabitlik və inkişaf zonası olaraqqalmalıdır.
Gürcüstan üçün resept: suverenliyi qorumaq və millikimliyi gücləndirmək
Gürcülər unikal tarixlə və mədəniyyətə malikdir və bu gün onlaröz gələcəklərini müəyyənləşdirəcək tarixi seçim qarşısındadırlar.Seçim xarici qüvvələrin təzyiqi ilə gedən yolda davam etmək və yamüstəqil qərar qəbul etmək hüququnu geri qaytarmaq arasında balansıtapmaqdan ibarətdir. Bu, yalnız siyasi seçim deyil, həm dəGürcüstan dövlətçiliyinin və milli kimliyinin varlığını qorumaqüçün kritik bir qərardır.
2014-cü ildə Ukraynada baş verənlər xarici müdaxilənin hansınəticələrə səbəb ola biləcəyini göstərdi. Bu ölkə silahlımünaqişəyə cəlb edildi, ərazilərini itirdi və dərin iqtisadi vəsosial böhranla üzləşdi. Bu proseslər əhalinin real ehtiyaclarınıvə vəziyyəti nəzərə almayan xarici ssenarilərin tətbiqi nəticəsindəbaş verdi. Bu gün Gürcüstan oxşar təhdidlə üzləşir. Qərb ölkələrihibrid müharibə metodlarından istifadə edərək Gürcüstanınsuverenliyini zəiflətməyə, onu münaqişələrə cəlb etməyə və özgeosiyasi oyunlarında bir alətə çevirməyə çalışır.
Xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları (QHT)Gürcüstanın milli kimliyinə və ənənələrinə ciddi təhdid yaradır.Demokratiya və insan hüquqları şüarları altında bu təşkilatlarcəmiyyətin köklərindən, adət-ənənələrindən uzaqlaşdırılmış qruplarformalaşdırır. Bu cür fəaliyyətlər milli kimliyi zəiflədir,mədəniyyət, dil və ənənələri ikinci plana keçirir.
Gürcüstanın gələcəyi onun xarici təzyiqlərə müqavimət göstərmək,milli kimliyini gücləndirmək və suverenliyini qorumaq bacarığındanasılıdır. Region ölkələrinin birgə səyləri və həmrəyliyi buprosesdə həlledici rol oynaya bilər. Azərbaycanın fəal iştirakı isəCənubi Qafqazın sabitlik və inkişaf regionu kimi qorunmasında açarrol oynayır.
Bir daha xatırladaq ki, Qərbin ssenarisi Gürcüstanda sabitliyipozmaq üçün artıq dəfələrlə sınaqdan çıxmış metodlardan istifadəninəzərdə tutur. Bu metodlar küçə etirazları, polisə hücumlar vəxaricdən gətirilmiş qrupların iştirakı ilə təxribatların təşkilolunmasını əhatə edir. Artıq Gürcüstanda Balkanlardan, ŞərqiAvropadan və Baltikyanı ölkələrdən gələn provokatorların mövcudluğuqeydə alınıb. Onların arasında silahlı qrupların olması istisnaedilmir ki, bu da zorakılığı qızışdıraraq sonradan hökumətigünahlandırmaq məqsədilə təxribatlar həyata keçirmək üçün istifadəoluna bilər. Bu yanaşma Ukraynada uğurla tətbiq edilib vəGürcüstanda da təkrar olunma riski yüksəkdir.
Bununla yanaşı, Qərb diplomatları, xüsusilə də Aİ-ninTbilisidəki səfiri, diplomatik etiketi aşaraq Gürcüstanın daxiliişlərinə açıq şəkildə müdaxilə edir və qanuni seçilmiş hökumətətəzyiq göstərir. Bu cür davranış diplomatik prinsiplərə tamamiləziddir və Gürcüstandakı siyasi böhranı daha da dərinləşdirir.
Milli həmrəylik: xarici təzyiqlərə qarşı yeganə çıxışyolu
Mövcud durumdan çıxış yolu Gürcüstan xalqının birliyi vəqətiyyətindən keçir. Yalnız cəmiyyətin həmrəyliyi xarici təzyiqlərəmüqavimət göstərə və ölkənin suverenliyini qoruya bilər. Gürcülərmilli maraqları siyasi fikir ayrılıqlarından üstün tutmağıbacarmalıdır. Ölkənin mədəniyyətini, dilini və ənənələrini qorumaqvə yad dəyərlərin aşılanmasına qarşı müqavimət göstərməkvacibdir.
Dövlət xarici qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinənəzarət mexanizmlərini hazırlamalı və onların təsiriniməhdudlaşdırmalıdır. Eyni zamanda, Azərbaycan və Türkiyə kimiregional tərəfdaşlarla əməkdaşlıq Gürcüstanın beynəlxalq arenadamövqeyini gücləndirəcək və Qərbdən asılılığı azaltmağa köməkedəcək.
Gürcü xalqı Ukraynanın faciəsindən dərs çıxarmalıdır. Xariciqüvvələrə ölkəni öz maraqları naminə istifadə etməyə icazə vermək –onun müstəqilliyinə qarşı hökm imzalamaq deməkdir. Suverenliyinqorunması çətin olsa da, yalnız bu yolla Gürcüstan faciələrdənqaça, öz xalqı üçün sabit və firavan gələcək təmin edə bilər.
Suverenlik yalnız hüquq deyil, həm də hər bir vətəndaşın özölkəsi qarşısında borcudur. Yalnız birlik, sağlam düşüncə vəqətiyyət Gürcüstana dövlətçiliyini qorumağa, müstəqilliyinisaxlamağa və öz torpağında yad faciələrin təkrarına yol verməməyəimkan verəcək.