AZ

Amorim “Everton”la oyun haqda: “Mən qələbəyə ümidliyəm”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Premyer Liqada “Everton”la 13-cü tur ev oyunundan gözləntilərini paylaşıb.

Arena.az BBC-yə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən qələbəyə ümidliyəm. Qarşılaşma fərqli olacaq: çox mübarizə, uzun ötürmələr, top çalımları olacaq. O, (“Everton”un baş məşqçisi, ingilis mütəxəssis Şon Dayça müraciətlər) Premyer Liqanı və rəqibin düşdüyü vəziyyəti yaxşı başa düşən bacarıqlı məşqçidir.

Biz topa sahib olmalıyıq, çünki bərpaya vaxtımız azdır və heyətimizi növbələşdirməliyik. Ümidvaram ki, qələbə qazanıb komandamın səmərəsindəki dəyişiklikləri, “İpsviç”lə 1:1 hesablı oyunu ilə müqayisədə etdiyimiz irəliləyişləri görəcəyəm. Fərqli bir məqam görəcəyimi gözləyirəm”, deyə Amorim vurğulayıb.

Xatırladaq ki, “Mançester Yunayted” – “Everton” oyunu sabah, dekabrın 1-də baş tutacaq. Hakiim oyunu Bakı vaxtı ilə saat 17:30-da başaladacaq.

Premyer Liqanın 12 turundan sonra 16 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıblar. “Everton” isə 11 xalla 15-ci pillədədir.

Seçilən
14
arena.az

1Mənbələr