Bakı. Trend:
Dubayda yerləşən "Emirates" aviaşirkəti Bağdada uçuşların ləğvedilməsini dekabrın 14-dək uzadıb.
Trend-inməlumatına görə, bu barədə aviaşirkətin saytında bildirilib.
""Emirates"in Bağdada və oradan qayıdış reysləri 14 dekabr2024-cü il daxil olmaqla ləğv edilib", - deyə qeyd edilib.Bildirilib ki, Dubay-Bağdad marşrutu üzrə uçuşlar "Flydubai"büdcəli aviaşirkəti tərəfindən həyata keçirilir.
Aviaşirkət həmçinin xatırladıb ki, Beyruta uçuşlaraməhdudiyyətlər dekabrın 31-nə qədər davam edir.