Elşad Musayev qəsəbə sakinlərini qəbul edib.
Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev Binəqədi rayonu Binəqədi qəsəbəsində vətəndaşları qəbul edib. Görüş Binəqədi qəsəbə Bələdiyyəsinin inzibati binasında baş tutub.
Qəbul zamanı vətəndaşlarla ümumi və fərdi qaydada görüşülüb, müraciət və təkliflər dinlənilib. Bəzi məsələlər yerində öz həllini tapıb. Digər müraciətlər qanunamüvafiq qaydada həll olunması üçün qeydiyyata alınıb.
BAP Mətbuat Xidməti