AZ

Qənirənin instaqram mübarizəsi davam edir!

Azərbaycanda fəaliyyət göstərən həkimlərlə bağlı araşdırma aparan ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın instaqram səhifəsi yenidən açılıb.

OLAY yazır ki, Qənirə bildirib ki, tənqid etdiyi həkimlər onun səhifəsini şikayət edərək bağlatdırmağa çalışıblar.

Bu gün səhər yenidən bərpa olunan səhifəsindən Ataşova “Zəiflər qapı bağlayar, güclülər açar. Ağıllılar isə artıq kilidə ehtiyac duymur. Uymadım heç nəyə, mən yenə qayıtdım” sözlərini yazaraq paylaşım edib.

Qeyd edək ki, bir müddət əvvəl Qənirə Ataşova instaqram səhifəsində Azərbaycanda plastik-cərrah və kosmetoloq kimi fəaliyyət göstərən həkimlərlə bağlı qalmaqallı paylaşımlar edib. Jurnalist, 50 yaxın həkimin saxta yolla diplom və adi sertifikat alaraq onlara müraciət edən pasientlərə əməliyyat və estetik prosedurlar etdiyini iddia edib. bağlanmışdı. Daha sonra səhifəsini bərpa etsə də, ikinci dəfə profil bloklanıb.

Seçilən
13
olay.az

1Mənbələr