"Qalatasaray"ın ulduzu Mauro İkardi ilə həyat yoldaşı Vanda Nara arasında gərginlik artır.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Vanda Nara Argentinada ulduz futbolçuyla boşanmaq üçün məhkəməyə müraciət edib.
İkardi boşanma prosesində psixoloji qiymətləndirmə üçün Buenos-Ayresdə məhkəmə qarşısına çıxıb.
Qeyd edək ki, 2022-ci ildə münasibətləri bitmək üzrə olan cütlük 2023-cü ildə barışıb. Bildirilib ki, Vanda Naranın reper L-Qante ilə yeni münasibəti vəziyyəti daha da gərginləşdirib.
İkardinin isə boşanma işi ilə məşğul olan vəkili Angela Burgosla yeni münasibətdə olduğu da iddia edilib.
\\Söz.az