AZ

“Əgər tamada mən olacağamsa toyun möhtəşəm olacaq”

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov növbəti dəfə Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovla bir araya gəlib. 

OLAY yazır ki, onlar birgə Çeçenistanın Gürcüstanla sərhədində yerləşən dağlıq əraziyə baş çəkiblər. 

Avtomobilin sükanı arxasında R. Kadırov olub.

Çeçenistanın dövlət başçısı bildirib ki, Hüseynin Çeçenistana gəlməsindən olduqca şaddır.Həsənov dövlət başçısına “böyük qardaşım” deyə müraciət edib və bu dəvətə görə ona təşəkkürünü bildirib. 

Hüseyn R. Kadırovla məsləhətləşib tezliklə toyunu Qroznı da edəcəyini söyləyib: 

“Toyumu tezliklə Qroznı şəhərində edəcəyəm. Hamını da toyuma dəvət edirəm”.

Həsənovun bu sözlərinə R. Kadırov “Əgər tamada mən olacağamsa bu toy möhtəşəm olacaq (gülür).Əgər əllərimiz sıxıldısa demək bu çox ciddi məsələdir. Bu toyun olacağını tezliklə gözləyirik” deyərək qarşılıq verib. 

Seçilən
471
9
olay.az

10Mənbələr