AZ

Tbilisidə etiraz aksiyası bərpa edildi

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası başlayıb.

Teleqraf.com xəbər verir ki, iştirakçılar Rustaveli prospektini bağlayıblar.

Paytaxtla yanaşı Batumi, Kutaisi, Zuqdidi və Telavi şəhərlərində də aksiyalar keçirilir.

Qeyd edək ki, Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyi barədə bəyanatından sonra qonşu ölkədə kütləvi etirazlar baş qadırıb.


Müəllif: Cəmilə Babayeva
Seçilən
18
teleqraf.com

1Mənbələr