Rusiyanın Leninqrad vilayətində azərbaycanlı kişi sevgilisini öldürüb.
KONKRET.az xəbər verir ki, hadisə Luqa şəhəri Volodarski prospektində baş verib.
Rusiya vətəndaşı olan 56 yaşlı azərbaycanlı sevgilisini bıçaqlayıb.
Polislər mənzildə 54 yaşlı qadının cəsədini tapıb. Onun bədənində ən azı 10 bıçaq yarası olub. Hadisə yerindən 5 bıçaq götürülüb.
Məlumata görə, cütlük əvvəlcə spirtli içki içib. Sonra onlar arasında mübahisə düşüb. Nəticədə kişi qadını bıçaqlayaraq, öldürüb.
Faktla bağlı cinayət işi açılıb. Şübhəli şəxs müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. (Lent.az)
KONKRET.az