Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.
Cəbrayıl Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Biləsuvar rayonunda salınmış qəsəbələrdən 11 ailə 53 sakin olmaqla bu gün Cəbrayıl şəhərinə köçürülüb.
Bununla yanaşı, Bakı şəhərindən 15 ailə - 80 nəfər, Abşeron rayonundan 5 ailə - 25 nəfər, Sumqayıt şəhərindən 3 ailə - 16 nəfər, Saatlı rayonundan 2 ailə - 8 nəfər, Şabran rayonundan 2 ailə - 9 nəfər, Şəki rayonundan 1 ailə - 4 nəfər, Beyləqan rayonundan 1 ailə - 5 nəfər, Cəbrayıl şəhərinə yola salınıb.
Həmçinin qeyd olunub ki, bugünədək ölkənin müxtəlf bölgələrində məskunlaşmış cəmi 203 ailə - 783 nəfər rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.