AZ

Gürcüstanın daha iki səfiri istefa verdi

Gürcüstanın İtaliyadakı səfiri vəzifəsini yerinə yetirən İrakli Vekua diplomatik xidməti tərk edib.

Teleqraf.com xəbər verir ki, o, sosial şəbəkədə bu gündən Gürcüstanın Xarici İşlər Nazirliyi ilə vidalaşdığını bildirib.

Bu gün Gürcüstanın Niderlanddakı səfiri David Solomoniya da istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, ötən gün Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili vəzifəsini tərk edib. Səfirlər Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırması barədə qərarını dəstəkləmirlər.


Müəllif: Cəmilə Babayeva
Seçilən
15
teleqraf.com

1Mənbələr