AZ

Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 11 ailə Cəbrayıl şəhərinə köçürülüb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.

Cəbrayıl Rayon İcra Hakimiyyətindən APA-nın cənub bürosuna verilən məlumata görə, Biləsuvar rayonunda salınan qəsəbələrdən 11 ailə 53 sakin olmaqla bu gün Cəbrayıl şəhərinə köçürülüb.

Bununla yanaşı, Bakı şəhərindən 15 ailə - 80 nəfər, Abşeron rayonundan 5 ailə - 25 nəfər, Sumqayıt şəhərindən 3 ailə - 16 nəfər, Saatlı rayonundan 2 ailə - 8 nəfər, Şabran rayonundan 2 ailə - 9 nəfər, Şəki rayonundan 1 ailə - 4 nəfər, Beyləqan rayonundan 1 ailə - 5 nəfər, Cəbrayıl şəhərinə yola salınıb.

Həmçinin qeyd olunub ki, bu günədək respublikamızın müxtəlf bölgələrində məskunlaşmış cəmi 203 ailə - 783 nəfər rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.

Seçilən
0
10
apa.az

10Mənbələr