AZ

Biləsuvarda qəzada xəsarət alan qadın paytaxt xəstəxanalarından birinə köçürülüb 

Biləsuvar rayonunda yol qəzasında xəsarət alan qadın paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, qəzada ağır xəsarət alan Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Təhminə Ələcova müalicəsini davam etdirmək üçün Bakıda yerləşən xəstəxanalardan birinə köçürülüb.

Qeyd edək ki, bu gün səhər saatlarında Naxçıvandan Bakıya gedən avtobus Biləsuvar rayonu ərazisində betonqarışdıran "KamAZ"la toqquşub. Qəza nəticəsində yük maşınının çəni yaxınlıqdakı minik avtomobilinin üzərinə aşıb.

Ağır xəsarət alan T.Ələcova Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Seçilən
13
far.az

1Mənbələr