AZ

Yeni prezident seçilə bilməz – Salome Zurabişvili

“Yeni prezidenti seçə biləcək legitim parlament yoxdur. Buna görə də mən sizin prezidentiniz qalacağam”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın prezidenti Salome Zurabişvili müraciətində deyib. O, siyasi proseslərin başında olacağını bildirib.

“Legitim parlament yoxdur. Qeyri-legitim parlament yeni prezidenti seçə bilməz, heç bir inauqurasiya ola bilməz. Mənim mandatım mənim əvəzimə dövlət başçısını qanuni seçəcək legitim parlament olmayana qədər qüvvədədir”, - Zurabişvili söyləyib.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri dekabrın 14-nə təyin olunub. Növbəti beş il üçün dövlət başçısını 300 nəfərlik seçicilər kollegiyası seçəcək.


Müəllif: Cəmilə Babayeva
Seçilən
21
teleqraf.com

1Mənbələr