Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin legitim olmadığını səbəb göstərib və mandatının başa çatmasına baxmayaraq istefa verməyəcəyini bildirib.
APA xəbər verir ki, Zurabişvili bunu televiziya ilə çıxışı zamanı deyib.
“Mən sizin prezidentiniz olaraq qalıram, legitim parlament yoxdur. Buna uyğun olaraq qeyri-legitim parlament yeni prezident seçə bilməyəcək. Beləliklə, inauqurasiya baş tutmayacaq və mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edir”, deyə o bildirib.