AZ

Lənkəran Xəstəxanası bu gün baş vermiş qəzalarda xəsarət alanlarla bağlı açıqlama verilib

Lənkəran və Lerik rayonlarında baş verən qəzalarda xəsarət alanların vəziyyətləri ilə bağlı Lənkəran rayon mərkəzi xəstəxanasından açıqlama verilib.

Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayevin APA-nın cənub bürosuna verdiyi məlumata görə 30.11.2024-cü il tarixində saat 18:20 radələrində Lənkəran şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər (qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib, vəziyyətinə uyğun olaraq müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Bundan başqa 30.11.2024-cü il tarixində saat 18:45 radələrində Lerik rayonu Günəşli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər (kişi cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıblar.

Seçilən
15
1
apa.az

2Mənbələr