"Neftçi" Misli Premyer Liqasının 15-ci turunun “Qarabağ”la matçının hazırlığını yekunlaşdırıb.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində Azərbaycan derbisindən əvvəl son məşqini reallaşdırıb.
Zədəli Emin Mahmudov məşqdə iştirak etməyib, Azər Salahlı isə fərdi çalışmaqla kifayətlənib.
Hər iki futbolçu “Qarabağ”la oyunu buraxacaq. Ayağında ağrıları olan Dembo Darbonun oynaması isə sual altındadır.
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" qarşılaşması sabah saat 19:00-da start götürəcək.
“Neftçi” – “Qarabağ” matçı üçün 5000 bilet satılıb
Ayxan Abbasov: "Xarakterlərimiz düz gəlmirsə, davam etmək doğru deyil"
Azər Bağırov: "Bunda heç bir problem yoxdur"
“Araz Naxçıvan”dan böyükhesablı qələbə
"Kəpəz"dən vacib 3 xal - YENİLƏNİB