AZ

Tbilisidə barikadalar quruldu

Tbilisidə etirazçılar parlament binası yaxınlığında barrikadalar qurublar.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Nümayişçilər yaxınlıqdakı səkilərdən qoparılan dəmir skamyalarla barikadaları möhkəmləndiriblər. Etirazçılar bildirib, bu yolla onlar xüsusi təyinatlılara və onlara yönələ biləcəkləri su şırnaqlarna müqavimət göstərmək istəyirlər. Hələlik polislə toqquşma olmayıb.

 

Qeyd edək ki, Tbilisidə hökumət əleyhinə mitinq keçirilir. Rustaveli prospektindəki parlament binasına on minlərlə insan toplaşıb.

Seçilən
28
1
modern.az

3Mənbələr