Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə paytaxtın Atamoğlan Rzayev küçəsində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Qurbanov Fərid Azər oğlu yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.