İkinci Dünya Müharibəsi, 11 sentyabr hücumu, Şahzadə Diananın ölümü, Obamanın prezident seçilməsi və hətta koronavirus epidemiyasından xəbəri olduğu iddia edən, əsl adı Vangeliya Pandeva olan görücü Vanqa 2024-cü ilin sonuna sayılı günlər qalmış yenidən dünya gündəmindədir.
Milli.Az xəbər verir ki, 1996-cı ildə vəfat edən Vanqanın heç bir yazılı mətni qalmasa da, məşhur görücünün 5079-cu ilə qədər dediyi proqnozlar hər il səbirsizliklə gözlənilir.
Vanqaya görə, 2025-ci il sonun başlanğıcı olacaq.
O, 2025-ci ildə Avropada əhali üçün təhlükə yarada biləcək və potensial olaraq qlobal apokalipsisə səbəb ola biləcək böyük müharibə barədə xəbərdarlıq edib.
Ukraynada davam edən müharibə və tərəflər arasında baş verən son hadisələr bu proqnozun gerçəkləşə biləcəyi ilə bağlı narahatlıqları artırıb. ABŞ və Böyük Britaniyanın Kiyev administrasiyasına uzaqmənzilli silahlardan istifadəyə icazə vermək qərarı və Rusiyanın yeni istehsal etdiyi raketlərlə Ukraynaya hücumu regionda gərginliyi yüksəldib və münaqişənin qlobal miqyaslara keçə biləcəyi qorxusunu artırıb.
Qərb mətbuatında yer alan xəbərlərdə məşhur öncəgörücünün Avropa üçün də bənzər müharibə xəbərdarlığı etdiyi yazılıb.
Vanqanın 2025-ci ilə dair proqnozları bununla məhdudlaşmır. Onun dediyinə görə, gələn il ərzində şüurdan-şüura ünsiyyət texnikasında böyük irəliləyiş əldə ediləcək və elm adamları telepatik ünsiyyət üçün beyin dalğalarından istifadə etməyin yolunu kəşf edəcəklər.
Elmlə bağlı başqa proqnoz isə alimlərin laboratoriyalarda insan orqanlarını istehsal edə biləcəkləri mərhələyə çatacaqlarıdır.
Ən diqqətçəkən məqam siə 2025-ci ildə baş tutacaq böyük bir idman tədbiri zamanı yad canlılarla ilk əlaqənin qurulmasıdır. (söz.az)
Milli.Az