Çin ölkənin cənubunda Haynan əyalətində yerləşən Haynan kommersiya kosmodromunda yeni raket daşıyıcısını uğurla kosmosa buraxıb.
Bu barədə “Far.Az” “Xinhua” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, “Çançjen-12” raket daşıyıcısının göyərtəsində əvvəlcədən müəyyən edilmiş orbitlərə çıxarılmalı olan iki eksperimental peyk var.
“Çançjen” raketləri seriyası üçün 548-ci olan buraxılış həm də Haynan kommersiya kosmodromunda ilk uğurlu buraxılış olub.