Yerli vaxtla səhər saat 9-a qədər gürcü polisi Tbilisidəki etiraz aksiyasını dağıda bilməyib.
Bu barədə “Cebheinfo.az” “Novosti-Georgia”-ya istinadən xəbər verir.
Su şırnaqları və gözyaşardıcı qazla bir neçə silsilə hücumdan sonra etirazçılar tədricən Rustaveli prospektindən geri çəkiliblər. Səhər saatlarından etbarən onlar Çavçavadzedə, Tbilisi Dövlət Universitetinin birinci korpusunun yaxınlığındadırlar.
Medianın “Cavaxadze” “Telegram” kanalına istinadən verdiyi məlumata görə, bu gecə polis etirazçıları genişmiqyaslı nümayişkaranə döyməyib.
“Dünən polis məmurunun etirazçının başına təpik vurması görüntülərindən sonra, görünür, polisə qanun çərçivəsində hərəkət etmək əmri verilib. Bu gün iki etirazçı Gürcüstan bayraqları ilə nümayişkaranə şəkildə polis xəttinə doğru irəliləyib. Polis onlara yaxınlaşan kimi bir əmr eşidildi: “Buraxın!” Ətrafda 20 kamera var idi və daha bir qalmaqalın hakimiyyətə heç bir faydası olmazdı. Səhər saat 7-də polis dağılışmağa başlayanda Daxili İşlər Nazirliyinin əməkdaşlarından birinə Gürcüstan bayrağı verildi”, - resurs yazır.
Gürcüstanın Baş nazirinin Aİ-yə üzvlük danışıqlarını dayandırdığını elan etməsindən sonra etirazların üçüncü günüdür.