Gürcüstan Prezidenti ölkə parlamentinin və hökumətinin “tamamilə qeyri-legitim olduğunu” bəyan edib.
Korrespondent.az bildirir ki, bu barədə yerli KİV-lər yazıb.
Onun sözlərinə görə, Gürcüstan “Gürcü Arzusu”nun “antidemokratik, anti-Qərb, anti-Avropa və anti-Gürcü siyasətinin” girovuna çevrilib.
“İndi həmişəkindən daha çox aydın oldu ki, onların tutduqları kurs yalnız bir istiqamətə - Rusiyaya doğru aparır”, - deyə Zurabişvili vurğulayıb.
Bu arada Tbilisidə etirazçılar dekabrın 1-i səhər də dağılışmayıblar. Hazırda aksiya iştirakçıları Çavçavadze küçəsində, Tbilisi Universitetinin birinci korpusunun qarşısında toplaşıblar.
Hələ ki, polislə yeni toqquşma qeydə alınmayıb. Baxmayaraq ki, gecəboyu polislə aksiya iştirakçıları arasında periodik olaraq qarşıdurmalar yaşanıb.
**
Etirazçılar bir-birlərini qələbə münasibətilə təbrik edir və tonqalların ətrafında isinirlər.
Bu, artıq hakimiyyətə qarşı mitinqlərin dördüncü günüdür.