AZ

“Səriyyə” filminin qala gecəsi – Fotolar

Nizami Kino Mərkəzində “Səriyyə” filminin qala gecəsi baş tutub.

Dərgi.az  xəbər verir ki, baş rollarında Nəzakət Heydarova, Əlixan Rəcəbov, Günay Əhməd, Niyaz İlyasoğlu, İbrahim Laçın, Nazlı Quliyeva çəkildiyi ekran işi dram-komediya janrındadır.

Film 14 yaşlı qızın ailəsi ilə təhsil uğrunda mübarizədən bəhs edir. Ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Əlixan Rəcəbov açıqlamasında “Səriyyə”nin bu ilin avqust-sentyabr ayında ərsəyə gəldiyini bildirib:

“Çox acılı mövzudur. Mənə 2024-cü ildə belə bir film çəkməyimiz çox pis təsir edir. Yaşadığımız dövr ilə baş verən hadisələr fərqlidir. Qadınlara bir növ dəstək olmaq üçün kişiləri tərbiyyə etmək lazımdır.

Filmin aktyor seçimi üçün kastinq elan etmişdik. Amma baş rolun ifaçısı Nəzakətin canlandırdığı “Səriyyə” obrazı artıq ssenari yazılmağa başlayandan təsdiqlənmişdi. Kinoda 8-ci sinifdə oxuyan Səriyyənin toyu və coğrafiya olimpiadası eyni günə təsadüf edir.

“Səriyyə” obrazına həyat verən azyaşlı aktisa Nəzakət Heydərova da fikirlərini bölüşüb:

“Biz bu filmdə gənc qızlarımızı bu yaşda təhsilə yönləndirməyə çalışdıq. Səriyyənin ailəsi kimi ailələrə buradan səslənirəm ki, həmyaşıdlarıma təhsil yönləndirmək lazımdır, ərə yox”.

 

Qeyd edək ki, xronometrajı 80 dəqiqə olan film erkən nikahlarının qarşısının alınması və yeniyetmələri təhsilə cəlb etməkdir. Sözügedən kino paytaxt ilə yanaşı ucqar kəndlərində belə nümayiş olunacaq.

 

Seçilən
50
4
dergi.az

5Mənbələr