Rol aldığı kinolar və şəxsi həyatı ilə daim gündəmdə olan Hande Erçel sosial media hesabından aktiv istifadə edən məşhur isimlərdəndir.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, son paylaşımı ilə bir daha adından söz etdirən Erçel bir jurnalın üz qabığının gözəli oldu.
Hande Erçel sosial media hesabında son paylaşımında cəsarətli pozalar verərək diqqət çəkib.
Erçel pencək altına heç nə geyinməməklə cəsarətli üslubunu nümayiş etdirərək hər kəsi heyran edib.
Erçelin paylaşımına "Həmişə olduğu kimi gözlənilməz" və "Çox gözəl" kimi şərhlər edilib.
Vüsalə İbrahimli