AZ

Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verildi - Video

Kəlbəcər rayonunda bu günə kimi “AzərEnerji” tərəfindən 6 yerdə kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib.Gununsesi.info  xəbər verir ki, 2022-ci ildə 4,4 meqavat gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, 2023-cü ildə isə 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.Hazırda Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən 4 yerdə kiçik su elektrik stansiyasının tikintisi aparılır. “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” və “Zar” adlanacaq kiçik su elektrik stansiyalarının 2024-cü ildə istismara verilməsi planlaşdırılıb.Onu da xatırladaq ki, Kəlbəcər rayonu azad ediləndən dərhal sonra Daşkəsən rayonundan Kəlbəcərə 3500 metr yüksəklikdəki Murov dağını keçməklə 70 km məsafədə yüksəkgərginlikli ikidövrəli ötürmə xətti çəkilib. Dağlar sıldırımlı, hava sərt şaxtalı, qarın qalınlığı 3-5 metrə çatan yolsuz ərazilərdə hündülüyü 50 metr, çəkisi 10 ton olan anker dayaqlar quraşdırılaraq şəraitsiz vəziyyətdə vəzifə icra edilib. Paralel olaraq, sərt iqlim və çətin relyefdə yerləşən Kəlbəcərdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib. 2021-ci ilin yayında yarımstansiyanın açılışı olub. 

Seçilən
236
26
gununsesi.info

10Mənbələr