1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yeni seçilmiş Prezident Donald Tramp Kanadanın ABŞ-nin 51-ci ştatı olmaq riski ilə üzləşdiyini elan etdikdən sonra neyroşəbəkə tərəfindən bununla bağlı yaradılan şəklini dərc edib.
Oxu.Az-ın xəbərinə görə, o, müvafiq şəklini sosial şəbəkə hesabında paylaşıb.
Şəkildə Tramp Kanadanın qayalı dağlarında, ölkənin ağcaqayın yarpağı əks olunmuş bayrağının yanında təsvir olunub.
Eyni zamanda, Kanada Trampın zarafatını tariflərlə bağlı vəziyyəti həll etmək üçün siqnal adlandırıb. Kanadanın ABŞ-dəki səfiri Kirsten Hillman vəziyyətin ümidverici olduğunu düşünür, çünki onun sözlərinə görə, tərəflər o qədər rahatdırlar ki, onlar bir-biriləri ilə belə zarafat edə bilərlər.
Hillman əlavə edib ki, bu görüşdən sonra Kanada hakimiyyəti artıq Tramp komandası ilə tariflər mövzusunu müzakirə etməyə başlayıb.
Xatırladaq ki, Donald Tramp Kanadanın Baş naziri Castin Trüdo ilə özünün Mar-a-Laqodakı (Florida) iqamətgahında baş tutan görüşü zamanı Ottavanın qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı problemini həll edə bilməyəcəyi təqdirdə, Kanadanın ABŞ-nin 51-ci ştatı ola biləcəyi ilə hədələyib və 2025-ci il yanvarın 20-dən bütün Kanada mallarına 25% idxal rüsumlarının tətbiq ediləcəyi bildirib.