AZ

Jurnalist Azərbaycanın AŞ PA-dakı üzvünü tənqid etdi - SƏBƏB

Gununsesi.info saytının Baş redaktoru Pərviz Həşimli Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Nigar Arpadaraini sosial şəbəkədə sərt tənqid edib .

Buna səbəb deputatın ölkə əleyhinə xaricdən gələn tənqidlərə susqunluq nümayiş etdirməsidir. Pərviz Həşimli sosial şəbəkə hesabında yazır:

Jurnalist

“Hesab edir ki, deputatlıq hansısa tədbirlərdə şəkil çəkdirməkdən, yaxud da “Tarqoviy”da it gəzdirməkdən ibarətdir.

Açığı həmişə düşünmüşəm ki, digər həmkarlarından fərqli ola bilərdi. Çünki, Avropa İttifaqının səfirliyində çalışıb.

Bir neçə dəfə Strasburqda AŞ PA -nın sessiyasında sualla müraciət etmişəm. Hər dəfə bir bəhanə ilə yayınıb.

Dünən AŞ PA- dan Azərbaycan hökuməti əleyhinə sərt bəyanat gəlib, zəng etmişik ki, qurumun üzvüsən, münasibət bildir.

Dedi ki, sualı yazın, dediyini etdik. Dünəndən fırladır. Bu gün tədbirdə məni görəndə elə qaçdı ki, az qaldı yıxılsın…

Parlamentdə 5-10 adamı çıxmaq şərtilə əksər deputatlar xalqa yararsız olduğu kimi hökumətə də yaramırlar…”

Mənbə: Gununsesi.info
Seçilən
134
1
bakuinform.agency

2Mənbələr