AZ

Moruq bağlarının hər hektarına görə 3,2 min manat əkin subsidiyası ödəniləcək

Azərbaycanda intensiv moruq bağlarının salınması üçün dövlət tərəfindən stimullaşdırıcı dəstək tədbirləri görülür.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2025-ci ilin 31 may tarixinədək ölkənin istənilən bölgəsində salınan intensiv moruq bağları üzrə hər hektara görə fermerlərə 3,2 min manat birdəfəlik əkin subsidiyası veriləcək. Subsidiya hər hektarda ən azı 4,7 min tingin əkildiyi, damcı sulama sistemi ilə təchiz olunmuş intensiv moruq bağlarına şamil ediləcək. Qeyd olunan şərtlərə uyğun gəlməyən intensiv moruq bağlarına görə isə suvarma sistemindən asılı olaraq iki fərqli subsidiyanın verilməsi nəzərdə tutulub.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, birdəfəlik əkin subsidiyası üçün müəyyən olunmuş şərtlərə uyğun gəlməyən, lakin müasir suvarma sistemi ilə təchiz olunan intensiv moruq bağları üzrə hər hektara görə fermerlərə 310 manat, müasir suvarma sistemi ilə təchiz olunmamış intensiv moruq bağları üzrə isə fermerlərə 250 manat subsidiya veriləcək.

Seçilən
18
6
vergiler.az

9Mənbələr