Almaniyanın xarici işlər naziri Annalena Berbok daha güclü və islah edilmiş Avropa İttifaqına (Aİ) çağırıb.Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu Karlsruedə Yaşıllar Partiyasının konfransında deyib.Berbokun sözlərinə görə, Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı müharibə fonunda Aİ-nin gücləndirilməsi xüsusilə vacibdir.“Bu gün aydındır ki, Ukrayna yaxın gələcəkdə Aİ-ni gücləndirəcək” deyən alman nazir əlavə edib ki, bu, “öz geosiyasi maraqlarımıza uyğundur”.O əlavə edib ki, Aİ-nin perspektivi Moldova Respublikası, Gürcüstan və Qərbi Balkanlara da şamil edilməlidir.Bu ayın əvvəlində Avropa Komissiyası Ukrayna və Moldova ilə danışıqlara başlamağı tövsiyə edib, lakin bildirib ki, Bosniya ilə danışıqlar yalnız “üzvlük üçün tələb olunan uyğunluq səviyyəsinə çatdıqdan” sonra başlamalıdır.Məlum olduğu kimi, son vaxtlara qədər Avropa İttifaqında üstünlük təşkil edən fikir belə idi ki, yeni üzvlərin, o cümlədən Ukraynanın qəbulu Avropa İttifaqının qərar qəbuletmə sistemini dəyişdirəcək kompleks daxili islahat aparmasından sonra baş verməlidir.Bununla belə, son vaxtlar Aİ yavaş-yavaş genişlənmənin dərin islahatlar olmadan baş tutması ideyasına doğru irəliləməyə başlayıb. Xüsusilə, Avropa Komissiyası bəyan edib ki, Avropa İttifaqı mövcud müqavilə və qaydalarla yeni üzv ölkələri qəbul edə bilər.Gununsesi.info
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less